“Qalatasaray“ın qələbə seriyasına son qoya bilərik“ - Mahir iddialı danışdı 

“Qalatasaray“ın qələbə seriyasına son qoya bilərik“ - Mahir iddialı danışdı 

İdman Veb saytların hazırlanması

15 Mart 2023 13:47 673


Azərbaycan millisinin üzvü, "Konyaspor"un yeni transferi Mahir Emreli türkiyəli jurnalistlərin suallarını cavablandırıb. 

Yenisabah.az-ın məlumatına görə, 25 yaşlı hücumçu Superliqanın 26-cı turunda "Qalatasaray"a qarşı keçirəcəkləri oyun öncəsi təşkil edilən brifinqdə deyib: "Artıq matça köklənmişik. Rəqibimizi tanıyırıq. Onlar Superliqada liderdirlər. "Qalatasaray"ın qələbə seriyası var. Amma biz bu seriyaya son qoya bilərik". 

Qeyd edək ki, martın 17-də oynanılacaq "Konyaspor" - "Qalatasaray" matçı Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!