UEFA Avropa Liqasının ilk turu çərçivəsində “Qalatasaray” evində Yunanıstanın “PAOK” klubu ilə qarşılaşacaq. Saloniki təmsilçisi bu mövsüm öz liqasında rəqiblərinə qəddar davranır.
Yenisabah.az Türkiyə mediasına istinadən xəbər verir ki, “PAOK” öz liqasında 5 həftənin sonunda 13 xalla liderlikdə qərarlaşıb. Klub bu mövsüm rəqib meydanda oynadığı 2 matçda ümumilikdə 6 qol vurub.
“Qalatasaray” isə bu günədək öz meydanında Yunanıstan klubları ilə 3 dəfə qarşılaşıb. İstanbul nəhəngi hər 3 matçdan qalibiyyətlə ayrılıb. Son Türkiyə çempionu ardıcıl olaraq “Panatinakos”, “Olimpiakos” və “Panonios”dan üstün olub. pizza hut
Telegram kanalımız