Azərbaycan prezidenti ilə görüşdə İran-Azərbaycan arasında ticarət dövriyyəsini 5 milyard dollara çatdırmaq niyyətinə gəldik.
Yenisabah.az IRIB-ə istinadla xəbər verir ki, bunu Tehranda İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf bildirib.
O, Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqların mövzusuna toxunub: pizza mizza
"Bakıya səfər edərək APA sammitində iştirak etdikdən sonra Azərbaycan prezidenti ilə görüşdə İran və Azərbaycan arasında ticarət dövriyyəsinin 5 milyard dollara çatdırmağın vacib olduğunu vurğuladıq. Biz İlham Əliyevlə Qafqazda sülhün bərqərar olması ilə bağlı da fikirlərimizi bölüşdük. Regional və beynəlxalq əməkdaşlıq bizim istifadə etməli olduğumuz ən böyük fürsətdir. * Sərhəd bazarları, əmtəə tarifləri, tacirlərin hərəkəti və nəqliyyat sektoru məsələləri ilə bağlı yaxşı müzakirələr oldu".
Qalibaf qeyd edib ki, Asiya Parlament Assambleyasının (APA) Siyasi Komitəsinin toplantısı gələn il İranın sədrliyi ilə Tehranda keçiriləcək.
Telegram kanalımız