Qalibaf: İranın gözü yolda deyil

saytların hazırlanması

Evə çatdırılma

Qalibaf: İranın gözü yolda deyil

Dünya

09 Mart 2025 13:14 240


İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ölkəsinin sanksiyaları neytrallaşdırmağa qadir olduğunu və ABŞ-dan heç bir məktub gözləməyəcəyini bildirib.

Yenisabah.az “Mehr”ə istinadla xəbər verir ki, o, Ali dini lider Ayətullah Xamnəinin ölkənin problemlərini həll etmək üçün çıxışlarında qeyd olunan strategiyalara toxunub:

"Mən parlamentin onun müdrik göstərişlərini həyata keçirməyə tam hazır olduğunu vurğulamalıyam". pizza sifarişi

Qalibaf bildirib ki, dövlət qurumlarının əsas diqqəti insanların dolanışıq problemlərinin həllinə yönəlməlidir.

ABŞ prezidenti Donald Trampın İranla danışıqlara can atması ilə bağlı açıqlamasına münasibət bildirən Qalibaf deyib ki, ABŞ öz tələblərini irəli sürməyə və İranı tərksilah etməyə çalışır:

"Bundan əvvəl ABŞ prezidenti İranın ali rəhbərinə məktub göndərərək danışıqlara razılıq verəcəklərinə ümid etdiyini bildirmişdi".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!