Qalibaf Trampa xəbərdarlıq etdi: “Hücum olsa...”

saytların hazırlanması

Evə çatdırılma

Qalibaf Trampa xəbərdarlıq etdi: “Hücum olsa...”

Dünya

25 Fevral 2026 15:53 283


İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf ABŞ Prezidenti Donald Trampa müraciətlə Vaşinqton danışıqlarda qarşılıqlı hörmət prinsiplərinə əməl edərsə, Tehran da dialoqa sadiq qalacağını bildirib.

“Yeni Sabah”ın xəbərinə görə, o, Vaşinqtonu danışıqlarda İran xalqının ləyaqətinə hörmət etməyə çağırıb.

Qalibaf deyib: "Əgər ABŞ qarşılıqlı maraqlara hörmət edərsə, İran da bu prosesi davam etdirməyə hazırdır". pizza

Eyni zamanda o, ABŞ-ni mümkün hərbi addımlar barədə xəbərdar edib. Parlament sədri vurğulayıb ki, Vaşinqton əvvəlki kimi aldadıcı siyasət apararsa və ya danışıqlar fonunda hərbi hücuma əl atarsa, İran sərt cavab verəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!