Pentaqon rəhbəri Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn ilə son məsləhətləşmələrdən sonra ABŞ Prezidenti Donald Tramp İranla danışıqları davam etdirmək qərarına gəlib.
“Yeni Sabah” The Wall Street Journal-a istinadla xəbər verir ki, bunu ABŞ nəşrinin mənbələri bildirib.
Məsləhətləşmələr zamanı Birləşmiş Ştatların İrana hücumlarının bərpası ehtimalı müzakirə olunub, lakin Tramp hələlik diplomatik danışıqlara sadiq qalmaq qərarına gəlib. Dördpendirli pizza
Tramp köməkçilərinə bildirib ki, tammiqyaslı hücumların daha bir mərhələsinin diplomatiyanı poza biləcəyinə və Vaşinqtonun İranın nüvə proqramını sonda ləğv etmək şanslarına zərər verə biləcəyinə inanır.
ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner Dohada Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Ali-Sani ilə görüşdə ABŞ-nin İranla hərtərəfli razılaşma əldə etmək üçün danışıqları davam etdirmək niyyətində olduğunu təsdiqləyiblər.
“Amerika elçiləri Qətər Dövlətinin Vaşinqton və Tehran arasında danışıqların asanlaşdırılmasında Pakistan İslam Respublikası ilə tərəfdaşlıqdakı roluna görə minnətdarlıqlarını bildirib, ABŞ-nin danışıqlar prosesini davam etdirmək və hərtərəfli razılaşma əldə etməyə yönəlmiş diplomatik səyləri dəstəkləmək öhdəliyini vurğulayıblar", - deyə Qətər Xarici İşlər Nazirliyinin “X” sosial media platformasında dərc olunmuş məlumatında bildirilir.
Görüş zamanı Uitkoff və Kuşner Ali-Sani ilə ABŞ-İran danışıqlarının gedişatı, dialoq və diplomatiya yolu ilə regionda təhlükəsizliyin və sabitliyin gücləndirilməsi səyləri və Livanda atəşkəs məsələsini müzakirə ediblər.
Ali-Sani Qətərin bölgədə təhlükəsizliyi gücləndirəcək, xalqların maraqlarını qoruyacaq və beynəlxalq sülhə və təhlükəsizliyə töhfə verəcək hərtərəfli və davamlı bir həll yoluna nail olmaq üçün Vaşinqton-Tehran anlaşma memorandumu çərçivəsində vasitəçilik səylərini və danışıqların bütün sahələrinə dəstəyini davam etdirəcəyini vurğulayıb.
Yeri gəlmişkən, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın sözlərinə görə, ABŞ-nin dəniz blokadasının qaldırılmasından bəri İran 40 milyon bareldən çox neft ixrac edib.
Onun sözlərinə görə, İsveçrədəki danışıqlarda Livan ən vacib müzakirə mövzusu olub.
Qalibaf qeyd edib ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vens və dövlət katibi Marko Rubionun İran məsələsində mövqeləri fərqlidir.
Diqqəti cəlb etmiş əsas məsələ Qalibafın dövlət televiziyasına (IRIB) müsahibəsinin qəfil kəsilməsidir. İslam Şurası Məclisinin sədrindən əvvəl də oxşar Daha əvvəl IRIB-də parlamentdə Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini Mahmud Nəbəvianın müsahibəsinin izahsız yarımçıq qalması olub.
Qalibafın IRIB-dəki çıxışının senzura qayçısına alınmış hissəsində söhbət İran aktivlərinin dondurulmasının aradan qaldırılması prosedurundan gedib.
Donald Tramp buna qədər bildirib ki, İrana qqaytarılacaq aktivlər hesabına ABŞ-dən dənli bitkilər alınacaq. M.B. Qalibaf bu alqı-satqıya dair müqavilələrin 13-cü hökumət (Prezident İbrahim Rəisi) dövründə imzalandığını bildirib. Senzura qayçısı məhz həmin an işə düşüb.
Parlament sədri və İranın danışıqlar qrupunun rəhbəri ilə dialoqun 20 dəqiqəsinə dair artıq ictimai zəmində müzakirələr başlayıb.
Xatırladaq ki, bir gün əvvəl ABŞ Maliyyə Naziri Skott Bessent bildirib ki, hazırda İrandan yalnız Çin neft alır, digər ölkələr ABŞ sanksiyalarının bərpa olunma ehtimalından narahatdırlar.
Bessentin sözlərinə görə, İran Çinə endirimlə neft satır. O iddia edib ki, potensial alıcılar İran neftini yenidən sanksiyalara məruz qalacağından qorxaraq geri qaytarırlar.

Əziz Rzazadə
Telegram kanalımız