PFL son 5 ilin tamaşaçı statistikası açıqladı

saytların hazırlanması

Evə çatdırılma

PFL son 5 ilin tamaşaçı statistikası açıqladı

İdman

01 İyul 2026 11:11 110


Azərbaycan Premyer Liqasında son 5 ilin tamaşaçı statistikası açıqlanıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Sonuncu 2025/2026 mövsümündə keçirilən 198 oyunda ümumilikdə 285 min 778 tamaşaçı qeydə alınıb və hər qarşılaşmaya orta hesabla 1443 azarkeş düşüb. Marqarita pizza

Bununla müqayisədə, 2024/2025 mövsümündə təşkil edilən 180 qarşılaşmanı 275 min 933 insan izləyib və orta göstərici 1533 olaraq rəsmiləşib.

2023/2024 mövsümündə isə 180 oyunu 276 min 487 tamaşaçı izləyib və hər matçda orta hesabla 1536 azarkeş qeydə alınıb.

Daha əvvəlki 2022/2023 mövsümündə keçirilən 180 qarşılaşmada 261 min 564 tamaşaçı qeydə alındığı halda, orta göstərici 1453 olub.

Son 5 ilin ən aşağı göstəricisi 112 oyunun keçirildiyi, ümumilikdə 89 min 10 tamaşaçının gəldiyi və hər oyuna orta hesabla 795 azarkeşin düşdüyü 2021/2022 mövsümünə təsadüf edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!