ADA Universitetində tələbələrlə keçirilən görüş zamanı elm və təhsil naziri Emin Əmrullayevə irad tutulub.
“Yeni Sabah” xəbər verir ki, universitetin rektoru, akademik Hafiz Paşayev çıxışı zamanı nazirə söz verməzdən əvvəl onun televiziya çıxışlarını mütəmadi izlədiyini bildirib.
“Bu gün sizinlə birlikdə tələbələrin suallarını cavablandırmaq mənim üçün də xoşdur. Televiziyada çıxışlarınızı izləyirəm. Bəzən elə olur ki, mən də tam başa düşmürəm nə demək istəyirsiniz. Amma bunun səbəbi siz deyilsiniz. Auditoriya çox çətin məsələdir. Bəzən fikrini bir cür çatdırmaq istəyirsən, amma insanlar onu tamam başqa cür başa düşürlər. Marqarita pizza
Mən də bayaq paneldə oturmuşdum. Düzünü desəm, deyilənlərin hamısını başa düşdüm. Amma başa düşmədim ki, niyə bunları məhz burada deyirsiniz.
Çünki bunlar hamıya aid olan məsələlərdir. Əgər bunun praktikada necə həyata keçiriləcəyini desəydiniz, onda auditoriya buradan nəsə qazanıb çıxardı. Amma deyirsiniz ki, stimul olmalıdır, elmi yük az olmalıdır. Mən bunları başa düşürəm.
Hesab edirəm ki, elm adamı özü yetişir. O, heç kəsdən asılı olmur, heç kəsin köməyi ilə alim olmur", – deyə H.Paşayev qeyd edib.
Rektorun bu fikirləri zalda gülüşlə qarşılanıb.
Telegram kanalımız