Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində kadr dəyişikliyi baş verib.
“Yeni Sabah” xəbər verir ki, Mərkəzin Rəqəmsal kommunikasiya şöbəsinin rəhbəri Xanım Yadigarlı tutduğu vəzifədən ayrılıb.
Bu barədə o, sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, qərarı öz təşəbbüsü ilə verib. Pepperoni pizza
X.Yadigarlı qeyd edib ki, media və televiziya sahəsində fəaliyyətinin 15 ili tamam olur və son 5 ilə yaxın müddətdə DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində əvvəlcə İctimaiyyətlə əlaqələr və protokol, daha sonra isə Rəqəmsal kommunikasiya şöbəsinin rəhbəri kimi çalışıb.
Onun sözlərinə görə, bu müddətdə vəzifə öhdəliklərini yerinə yetirməklə yanaşı, sosial sahədə rəqəmsallaşma ilə bağlı çoxsaylı müraciətlərə də dəstək göstərməyə çalışıb.
Paylaşımında həmkarlarına təşəkkür edən Xanım Yadigarlı karyerasında yeni mərhələyə başladığını da vurğulayıb:
"Birgə çalışdığım həmkarlarıma, yoluma dəyər qatan hər kəsə təşəkkür edirəm! İndi karyeramda yeni bir səhifə açmağın vaxtıdır".
Telegram kanalımız