Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Elnur Hidayətoğlu vəzifəsindən ayrılıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə tanınmış jurnalist özü məlumat verib. O, çalışdığı qurumun rəhbər heyətinə və əməkdaşlara təşəkkürünü bildirib.
Qeyd edək ki, Elnur Hidayətoğlu 2021-ci ildən Kliniki Tibbi Mərkəzdə İctimaiyyətlə əlaqələr bölməsinin müdiri, 2022-ci ildən Bakı Baş Səhiyyə Mərkəzində (BBSM) İctimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentinin rəhbəri və 2023-cü ilin dekabr ayından isə TƏBİB-də İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri kimi fəaliyyət göstərib. Dördpendirli pizza
Nazim Hacıyev
Telegram kanalımız