Bakının bu rayonlarında yaşayanlara   ŞAD XƏBƏR - MÜHÜM YENİLİK

saytların hazırlanması

Evə çatdırılma

Bakının bu rayonlarında yaşayanlara ŞAD XƏBƏR - MÜHÜM YENİLİK

Sosial

01 İyul 2026 20:30 441


"Azərişıq" ASC Bakı şəhərinin Xəzər, Binəqədi və Sabunçu rayonlarında elektrik təchizatının yaxşılaşdırılması məqsədilə genişmiqyaslı yenidənqurma işlərinə başlayır.

"Yeni Sabah" Baku.ws-ə istinadən xəbər verir ki, layihənin ehtimal olunan dəyəri 2 milyon 921 min manat təşkil edir.

Layihə çərçivəsində həmin rayonlarda paylayıcı elektrik şəbəkələri yenidən qurulacaq. İşlərin əsas məqsədi elektrik şəbəkəsində yaranan gərginlik düşmələrinin aradan qaldırılması və əhalinin getdikcə artan enerji tələbatının etibarlı şəkildə qarşılanmasıdır. pizza hut

Nəticədə elektrik enerjisinin daha sabit ötürülməsi təmin ediləcək. Eyni zamanda, şəbəkədə baş verən nasazlıqların və enerji itkilərinin azalacağı gözlənilir.

Bundan əlavə, yeni yaşayış məntəqələri və digər obyektlərin elektrik şəbəkəsinə qoşulması üçün də əlavə imkanlar yaradılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!