“Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, sitat: “Dövlət satınalmalarına dair tikinti müqavilələrinin 40%-dən çoxunda icra müddətində edilmiş dəyişikliklər aparılır və bu dəyişikliklər tender şərtlərinə uyğun və satınalanların xeyrinə deyildir. Elektron qaydada keçirilən açıq tenderlərdə formalaşan qiymətlərin bəzi hallarda eyni predmet üzrə bir mənbədən bağlanan müqavilələrin qiymətindən yüksək olması da narahatlıq doğuran məqamlardandır”.
“Yeni Sabah” xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, tenderlərin bir çoxunda qiymət şişirtmələri edilir:
“Adam bundan artıq nə desin ki?! Sadə dilə tərcüməsi budur ki, dövlət büdcəsindən maliyyələşən təmir-tikinti işlərində müqavilə bağlanır, amma, sonra görülən işin, alınan materialların qiyməti şişirdilir, hər 10 müqavilənin 4-dündə belə hal baş verir və tender şərtləri, tenderi udanların xeyrinə pozulur. Dördpendirli pizza
Hə, mən onu da əlavə edim ki, çox zaman tender keçirən də, tenderi udan da eyni şəxs(lər) olur. Yaxşı, indi sual yaranır – bu hallara görə indiyədək neçə məmur, vəzifəli şəxs cəzalandırılıb?!”
Nazim Hacıyev
Telegram kanalımız