"Məni aldatdılar dostlar. Şərəfsizin biri İqbal Ağazadə adı ilə Teleqram kanalından "Ləman xanım, xəstəxanadayam, kartımda pul yoxdur. Sizdə 300 manat varsa atın" yazdı, 2-3 saata göndərəcəm dedi. Mən də heç soruşmadan baş üstə İqbal bəy - dedim, Ardınca 420 manat da bir istədi. Dedim ki, 300 var kartımda. Onu göndərə bilərəm. Toplam 600 AZN göndərəndən sonra bu şərəfsiz bir də Teleqramdan qısa zəng etdi. İndi də 340 manat göndərməyimi istəyirdi. Yalnız onda şübhələndim. Yığdım, qaldırmadı. İqbal bəyi adi nömrəsindən yığdım, məlum oldu ki, onun Teleqram hesabı oğurlanıb və o, bu haqda facebookda yazıbmış".
"Yeni Sabah" xəbər verir ki, bunu tanınmış aparıcı Ləman Ələşrəfqızı sosial şəbəkə hesabında paylaşıb.
"Əlbəttə, çox sadəlövh davrandım. Buna görə məni qınayanlar da olacaq şübhəsiz. Əvvəla ona görə ki, vaxtaşırı xəbərlərimdə DİN-in kiber cinayətkarlıqla bağlı məlumatlarını şəxsən özüm çatdırıram və birdən-birə də özüm qurbana çevrilirəm. İkincisi, İqbal Ağazadənin Ləman Ələşrəfqızıdan pul istəyə biləcəyi ehtimalının da sıfır olacağını bilə-bilə belə yanlışa yol verdim. Məni çaşdıran nə ola bilərdi əcəba? Deyim! Əvvəla, bu şərəf qısırı "xəstəxanadayam, kartımda pul yoxdur, 1-2 saata göndərirəm " - dedi. Düşündüm, İqbal bəy bəlkə ərk edib, yaxın dostumuzdur, ola bilər, sabah eyni situasiyada mən də ona zəng edib yardım istəyə bilərəm. pizza mizza
İkincisi, adam kimdirsə, İqbal bəyin yazı tərzini, üslubunu əməllicə mənimsəyib, peşəkar dələduzdur. Nə isə...Allah bəlasını versin! Haramı olsun! Halallığı verilməyən puldan necə xeyir görə bilər? Zatən görməyəcək də.
Məsələni anladığımı bilən kimi adam Teleqramını sildi. 600 manatlıq qəbzlər isə yəqin ki, bir ömür yaddaşımdan silinməz.
P.S. Hörmətli Elşad Hacıyev, lütfən məsələni nəzarətə götürün. Əziz dostlarım, sizə isə ağıl verməyəcəm. Zatən özüm ağılsız duruma düşmüşəm" - deyə jurnalist əlavə edib.
Qeyd edək ki, İqbal Ağazadə məsələ ilə bağlı sosial şəbəkə hesabında Daxili İşlər Nazirliyinə müraciət edib:
"Hörmətli Elşad Hacıyev, 5522099370138406, 5238151653748537 bu nömrəli kartların sahibi mənim teleqram nömrəmi oğurlayıb, adımdan kontaktımda olan şəxslərə mesaj yazıb pul istəyir. Xahiş edirəm, yardımçı olun" - paylaşımda deyilir.
Telegram kanalımız