Qalmaqal böyüyür: Aygündən Brillianta cavab gecikmədi

saytların hazırlanması

Evə çatdırılma

Qalmaqal böyüyür: Aygündən Brillianta cavab gecikmədi

Şou

17 İyul 2019 08:10 927


Xalq artistləri Brilliant Dadaşova və Aygün Kazımova arasında olan qalmaqal ötən gün daha da alovlanıb.

"Yeni Sabah" xəbər verir ki, sosial media hesabında mərhum sənətçi Mirzə Babayevin videosunu paylaşaraq söz atan müğənniyə Aygünün də cavabı gecikməyib.

O da eyni taktikadan istifadə edərək, Mirzə Babayevlə bağlı paylaşım edib və bu sözləri yazıb:

“Əsl sənət insanının ruhu təmiz, qəlbi böyük olar. O qəlbdə yalnız gözəlliklər yer tapar. Ölməz Mirzə Babayev kimi”.

Qeyd edək ki, B.Dadaşova ad çəkməsə də A.Kazımova haqda belə yazmışdı:

“Yaxşı ki, o, bu günlərdə estradanın nə günə qoyulduğunu görmədi. Səhnələrə sərxoş halda çıxıb yıxılanların, səsi olmayanların, üç notdan ibarət mahnı ifaçılarının pulnan satın alınan bəzi magazin proqramlarının aparıcıları və bəzi jurnalistlər tərəfindən “əsas müğənni” adlandırıldığını da görmədi”.

/Axşam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!