Almaniyada bazar günü keçirilən ümumi seçkilərdə səs vermək üçün gələn hicablı qadına seçkilərdə iştiraka icazə verilməyib.
Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb qalmaqallı "Burka qanunu" olub. Qadının qanunu pozduğu iddia edilərək məntəqədən uzaqlaşdırılıb.
Gənc qadın aidiyyatı orqanlara şikayət etdikdən sonra hüququndan istifadə edə bilib. Onun dostları Bergheim şəhərinə məlumat verdikdən sonra problem həll edilib. pizza
Müsəlman qadın ikinci dəfə gəldiyi seçki məntəqəsində səsindən istifadə edə bilib. Ona anlaşılmazlıq olduğunu və işçilərin hicab taxmağı "burka qadağası" ilə qarışdırdığını bildiriblər. Şəhərin meri xanımdan üzr istəyib və onu görüşə dəvət edib.
Telegram kanalımız