Qalmaqallı həkimlə bağlı yeni detallar üzə çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Qalmaqallı həkimlə bağlı yeni detallar üzə çıxdı

Sosial

06 Noyabr 2025 08:42 5603


Qulaq-burun-boğaz (lor) həkimi və estetik-cərrah kimi tanınan Rəşad Məmmədovla bağlı çoxsaylı şikayətlərin olması ilə bağlı məlumat yayılıb.

Bəs Rəşad Məmmədovun həkim kimi fəaliyyət göstərməsi üçün rəsmi lisenziyası varmı?

“Yeni Sabah” Oxu.az-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Rəşad Məmmədovun adının Səhiyyə Nazirliyinin Xüsusi Təftiş Komissiyası tərəfindən təsdiqlənmiş plastik cərrahlar siyahısında yer almadığı bildirilib. Marqarita pizza

Məlumatda qeyd olunub ki, bu siyahıya daxil olmayan şəxslərin plastik cərrahiyyə üzrə tibbi fəaliyyət göstərməsi qanunvericiliyin tələblərinin pozulması hesab olunur və belə hallarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülür:

“Qanunvericiliyə əsasən, sağlamlığa zərər vurulması halları aşkarlanarsa, bu, hüquq-mühafizə orqanlarının səlahiyyətinə daxildir. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi yalnız təsdiqedici sənədlərlə müşayiət olunan rəsmi müraciətlər əsasında araşdırma aparır. Belə müraciət daxil olduqda, məsələ “İnzibati icraat haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunlara uyğun qaydada araşdırılır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!