Qalmaqallı Misir fironunun ölüm səbəbi məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

Qalmaqallı Misir fironunun ölüm səbəbi məlum oldu

Dünya

19 Fevral 2021 17:17 1108


Misirli alimlər firon Sekenenr Taa II mumiyasında kompüter tomoqrafiyası vasitəsi ilə tədqiqatlar aparıblar.

Yenisabah.az-ın məlumatına görə, nəticələr “Frontiers in Medicine” jurnalında dərc edilib.

Eramızdan əvvəl 1569-1554-cü illərdə Yuxarı Misiri idarə edən fironun mumiyası 1880-ci illərdə aşkar edilib. 1886-cı ildə aparılan ilk araşdırma zamanı məlum olub ki, Firon baş nahiyəsinə vurulan ağır zərbələr nəticəsində dünyasını dəyişib. pizza sifarişi

Bütövlükdə elm adamları fironun ölüm səbəbi ilə bağlı fərqli nəzəriyyələr irəli sürüblər. Bəziləri onun döyüş meydanında öldüyünü, digərləri əsir götürülərək edam edildiyini, bəziləri isə saray çevrilişi nəticəsində öldürüldüyünü hesab edirdi.

Fironun ölümünün əsl səbəbi müəyyən tarixi maraq doğurur, çünki onun vəfatı dolayı yolla Misirin birləşməsinə səbəb olub.

Sonuncu versiyaya əsasən bütün çoxsaylı yaralar kəllə sümüyünün sağ tərəfində aşkarlanıb. Eyni zamanda, mumiyanın pis vəziyyətdə olması mumiyalanmanın kral sarayından kənarda tələsik aparılması ilə izah edilir.

Kompüter tomoqrafiyası vasitəsi ilə aparılan araşdırma zamanı məlum olub ki, firona beş fərqli silahdan ölümcül zərbələr endirilib və öldüyü zamanı əlləri arxadan bağlı olub: “Sekenenranın ölümü böyük ehtimalla təntənəli edam olub. Cəlladın qolu bağlı məhbusu fərqli istiqamətlərdən ayrı-ayrı silahlara zərbə vurma ehtimalı azdır”-deyə, məqalədə qeyd olunub. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!