Qalmaqallı prokuror vəfat etdi - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Qalmaqallı prokuror vəfat etdi - FOTO

Sosial

31 İyul 2025 16:46 2857


Uzun müddət prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışmış Nazim Ağamirzəyev vəfat edib.

Sfera.az xəbər verir ki, bu barədə onun yaxınları bildiriblər. 67 yaşlı sabiq prokurorun xəstəlik səbəbindən həyatını itirdiyi qeyd edilib.

Qeyd edək ki, N.Ağamirzəyev Baş Prokurorluqda xüsusilə mühüm işlər üzrə müstəntiq, DİO-nun istintaq, təhqiqat və əməliyyat-axtariş fəliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru vəzifələrində çalışıb. O, İsmayıllı, Binəqədi və Biləsuvar rayonlarında da prokurorluq orqanlarında çalışıb. pizza mizza

Xatırladaq ki, 2018-ci ildə N.Ağamirzəyev işdən qanunsuz çıxarıldığını bildirərək Baş Prokurorluğu məhkəməyə vermişdi. 2017-ci ildə isə o, atalığın mübahisələndirilməsi iddiası ilə məhkəməyə verilmişdi və həmin prosesi uduzmuşdu.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!