Qalmaqallı sədrin oğlunu da işdən çıxartdılar - Foto

saytların hazırlanması

Evə çatdırılma

Qalmaqallı sədrin oğlunu da işdən çıxartdılar - Foto

Sosial

19 May 2025 17:29 2750


Bir neçə gün əvvəl vəzifədən kənarlaşdırılan İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun oğlu da işdən çıxarılıb.

“Yeni Sabah”ın “Qafqazinfo”ya istinadən məlumatına görə, S.Səmədovun oğlu Kamran Səmədov İmişli Rayon İcra Hakimiyyəti başçısının Yeni Bəhramtəpə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsini itirib. O, müvafiq əmrlə işdən azad edilib.

Qeyd edək ki, mayın 9-da İmişlinin Sarıxanlı kəndində faşizm üzərində Qələbə Günü münasibətilə təşkil olunan tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış etməsi qalmaqala səbəb olub və Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin növbədənkənar iclası keçirilərək o, vəzifədən uzaqlaşdırılıb. Toyuqlu pizza

Onun yerinə müvəqqəti təyin edilən Vahid Tağıyev isə 1 gün sonra işdən çıxmaq haqda ərizə yazıb. S.Səmədovun çoxsaylı əmlaklarının və biznes şəbəkəsinin olması barədə də məlumatlar yayılıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    Yıxılana QƏDƏR icra hakimiyyəti bunu niyə görmürdü ?
    12 months ago