Həbs olunan başçının oğlunun Aygün Kazımovanın qızı ilə videosu yayılmışdı...

saytların hazırlanması

Evə çatdırılma

Həbs olunan başçının oğlunun Aygün Kazımovanın qızı ilə videosu yayılmışdı...

Sosial

20 Dekabr 2019 10:52 10183


Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılan Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyevin ailə üzvləri də vəzifəli şəxslərdir.

“Yeni Sabah” Qafqazinfo-ya istinadən xəbər verir ki, N.Quliyevin bir oğlu Ramin Quliyev Nərimanov rayon məhkəməsinin hakimidir.

Məlumata görə, R.Quliyev 1978-ci ildə anadan olub. 2001-ci ildə hüquq sahəsində fəaliyyətə başlayıb. İlk olaraq 6 il Bakı Apelyasiya Məhkəməsində, sonra isə 3 il Suraxanı rayon məhkəməsində katib işləyib. Növbəti 3 il ərzində isə Ali Məhkəmədə nəzarətçi olub. 2013-cü ildən Nərimanov rayon məhkəməsində hakim işləyir. pizza hut

Digər oğlu Ramal Quliyev isə Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində müstəntiqdir. O, bir müddət əvvəl banklardan birinin Mingəçevir şöbəsində rəhbər vəzifə tutub. Ramal Quliyevin adı da atası kimi mətbuatda mütəmadi hallanıb. Belə ki, Xalq artisti Aygün Kazımovanın qızı İlqarənin bir neçə il əvvəl yayılan videosunda Ramal Quliyev də olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!