Moskva İrəvanla Bakının barışmasını dəstəkləməyə hazır olduğunu təsdiqləyir.
Yenisabah.az TASS-a istinadla xəbər verir ki, Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
Nazir müavininin qeyd etdiyi kimi, Rusiya tərəfi Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun mayın 10-11-də Qazaxıstanda sülh müqaviləsinin hazırlanması üçün keçirilən görüşünü müsbət qiymətləndirir: pizza mizza
“Bu, tərəflərə Cənubi Qafqazda sülh və sabitlik yolunda irəliləmək imkanı verdi. Bu istiqamətdə daha bir mühüm addım atılıb. Moskva artıq 2 dəfə - 2023-cü ilin may və iyul aylarında Bakı və İrəvan arasında sülh danışıqlarının raundlarına ev sahibliyi edib. Rusiyanın iki qardaş xalqının barışmasına hərtərəfli dəstək verməyə, regiondakı bütün ölkələrin təhlükəsizliyini və rifahını təmin etmək üçün qarşılıqlı məqbul və balanslaşdırılmış həll yollarının axtarışını təşviq etməyə davam etməyə hazırıq”.
Diplomat Ermənistan-Azərbaycan təmasları üçün platforma yaradan Astananın rolunu da yüksək qiymətləndirib:
“Bu cür görüşlərin sülh müqaviləsinin bağlanması ilə yanaşı, müştərək sərhəd və vətəndaş cəmiyyətləri vasitəsilə əlaqələrin inkişafını, Azərbaycan və Ermənistan arasında nəqliyyat və iqtisadi əlaqələrin açılmasını, sərhədlərin müəyyənləşdirilməsini nəzərdə tutan 2020-2022-ci illər üçün ən yüksək səviyyədə üçtərəfli sazişlərə uyğun olması vacibdir”.
Telegram kanalımız