Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması üçün yerin ayrılması ilə bağlı Rusiyanın təklifi qüvvədə qalır.
Yenisabah.az RIA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
O əlavə edib ki, Rusiya tərəfi ölkələr arasında münasibətlərin normallaşmasına xüsusi önəm verir: pizza
"Aydındır ki, planlarımızı praktikada həyata keçirmək üçün hələ çox mühüm işlər görülməlidir. Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli bəyanatlarını nəzərə alaraq, qalan fikir ayrılıqlarının aradan qaldırılması üçün İrəvan və Bakıya bütün lazımi yardımı göstərməyə hazırıq".
Mixail Qaluzin Rusiyanın İrəvanla Bakı arasında sülh prosesində mühüm və təsirli rol oynadığını vurğulayıb. Öz növbəsində, Ermənistanın Moskvadakı səfiri Qurgen Arsenyan da Rusiya diplomatiyasının sülh prosesinə verdiyi töhfəni qeyd edərək, bunu “xüsusi” adlandırıb.
Telegram kanalımız