“Qarabağ”ın anlaşdığı Qana millisinin futbolçusu Ovusu Kvabena icarədə olduğu İspaniyanın "Kordoba"sının düşərgəsini klubdan razılıq almadan tərk edib.
"Yeni Sabah” xəbər verir ki, 23 yaşlı hücumçu “Qarabağ”a keçidi rəsmiləşdirmək üçün bu addımı atıb. O, müqavilə ilə məxsus olduğu "Leqanes"in düşərgəsinə yollanıb. Kvabenanın "Kordoba"nın razılığını almadan bu cür hərəkət etməsinə görə, futbolçu cəzalandırla bilər.
Qeyd edək ki, Ovusu Kvabena mövsümün ilk yarısını "Kordoba"da keçirib və 16 oyunda 6 qol vurub. 2016-cı ildə İspaniyanın "Toledo" klubuna keçən futbolçu 1 il sonra "Leqanes"ə transfer olunub. O, bu komandanın heyətində meydana çıxmayıb. Yalnız icarə əsasında "Ovyedo", "Kartagena" və "Salamanka"da oynayıb. pizza sifarişi
Ötən ildən Qana millisinə dəvət alan futbolçu burada 3 dəfə meydana çıxıb.
Naibə
Telegram kanalımız