Qanun qəbul edildi -   Pensiya yaşı 70 olacaq

saytların hazırlanması

Evə çatdırılma

Qanun qəbul edildi - Pensiya yaşı 70 olacaq

Dünya

23 May 2025 11:43 12037


Danimarka parlamenti pensiya yaşını 70-ə qaldırıb.

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, Danimarka Parlamenti pensiya yaşının artırılması ilə bağlı yeni qanunu qəbul edib. Qərara əsasən, 2040-cı ildən etibarən ölkədə pensiya yaşı 70 olacaq.

Bu qərarla Danimarka Avropanın ən yüksək pensiya yaşına sahib ölkəsi olacaq. 2006-cı ildən bəri pensiya yaşını əhalinin orta ömür uzunluğuna uyğun tənzimləyən ölkə hər 5 ildən bir bu yaşı yenidən nəzərdən keçirir. Pepperoni pizza

Hazırda Danimarkada rəsmi pensiya yaşı 67-dir. Qrafikə əsasən, bu yaş 2030-cu ildə 68-ə, 2035-ci ildə isə 69-a qalxacaq. Yeni qanuna görə, 1 yanvar 1971-ci il və daha sonra doğulan şəxslər üçün pensiya yaşı 70 olacaq.

Qanun dünən keçirilən səsvermədə 81 “lehinə”, 21 “əleyhinə” səslə qəbul edilib.

Maya Bayramova


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Saida
    Danimarka'dan Azərbaycana ne aidiyyeti var 70 yaş pensiya.
    12 months ago