Rusiyada fəaliyyət göstərən "Qanuni oğrular" təşkilatının rəhbəri Şamil Əmirov Türkiyə polisinin İstanbulda keçirdiyi "Qəfəs-15" əməliyyatı ilə tutulub.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Türkiyənin Daxili işlər naziri Ali Yerlikaya bildirib.
İnterpol tərəfindən "mavi bülleten"lə axtarışda olan Şamil Əmirovun İstanbulun Sarıyer məhəlləsində yaşadığı müəyyən edilib və keçirilən əməliyyatla yaxalanıb. pizza mizza
Qeyd edək ki, Şamil Əmirov dələduzluq və cinayətkar şəbəkə yaratmaqda ittiham olunur.
Telegram kanalımız