“Qanuni oğru”nun çürümüş meyiti tapıldı

saytların hazırlanması

Evə çatdırılma

“Qanuni oğru”nun çürümüş meyiti tapıldı

Kriminal

08 Yanvar 2022 00:08 1153


İnquşetiyada Surxaxi kəndi yaxınlığında kriminal dairələrdə “Həmzət İnquş” kimi tanınan 31 yaşlı “qanuni oğru” Həmzət Auşevə aid ola biləcək skeletə çevrilmiş cəsəd tapılıb.

Yenisabah.az xəbər verir ki, artıq qabırğaları və kəllə sümüyü açıq olan meyitin yanından tapança da aşkarlanıb. Cəsədin üzərində cins şalvar və pencək var. Məlumata görə, Daxili İşlər Nazirliyi və İnquşetiya üzrə İstintaq Komitəsinin şöbəsi kriminal avtoritetin meyitinin tapılması ilə bağlı məlumatları təkzib etməyib.

Auşevin ölümünün əsas versiyası kimi radikal dini baxışlara sadiq qalan yerli sahibkarlara xərac qoymaq cəhdi səbəbindən qətlə yetirilməsi göstərilir. Mərhumun psixi durumu ilə bağlı intihar versiyası da nəzərdən keçirilir. pizza hut

Həmzət Auşev Rusiyada ən gənc “qanuni oğru”lardan biridir.

O, 2013-cü ildə “Vladimirski Mərkəzi” həbsxanasında quldurluq və təşkilatlanmaya görə həbs edilib və uzun müddət cəza çəkib. 2020-ci ildə kriminal avtoritet psixiatriya xəstəxanasına göndərilib və 2021-ci ilin yazında sağlamlıq səbəbi ilə oradan azad edilib./Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!