Qanunsuz balıq ovlayanlar saxlanıldılar

saytların hazırlanması

Evə çatdırılma

Qanunsuz balıq ovlayanlar saxlanıldılar

Hadisə

01 Mart 2024 20:08 721


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Mingəçevir su anbarında, Xəzər dənizinin Xızı və Siyəzən rayonları akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıblar.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Araşdırma zamanı həmin şəxslərin Mingəçevir şəhər sakini Anar Musayev, Siyəzən rayonu Yenikənd kənd sakini Nicat Əliyev, Xızı rayonu Şuraabad kənd sakini Vüqar Məmmədov olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş 80 metr uzunluğunda bir ədəd sintetik tor götürülüb. Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və ümumilikdə 1700 manat məbləğində cərimə tətbiq olunub. pizza hut

Eyni zamanda, Xəzər dənizinin Xaçmaz rayonu akvatoriyasından 850 metr uzunluğunda 14 ədəd sintetik tor aşkar edilərək götürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!