Qanunsuz balıq ovlayanlar tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Qanunsuz balıq ovlayanlar tutuldu

Maraqlı

18 May 2023 13:09 1012


Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Varvara Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz balıq ovlayan şəxs saxlanılıb. 

Bu barədə Yenisabah.az-a Xidmət rəsmisi Arzu Babayeva məlumat verilib.

O bildirib ki, araşdırma zamanı qanunsuz balıq ovlayan şəxsin Yevlax rayon sakini Yusif Yusifov olduğu müəyyən edilib və ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb. pizza

Faktla bağlı qanun pozucusu barəsində qanunamüvafiq tədbirlər görülüb.

A.Babayeva balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri qaydalara əməl etməyə, qadağan olunmuş vaxtlarda, qadağan olunmuş alətlərlə balıq ovlamaqdan çəkinməyə və balıq ehtiyatlarını qorumağa çağırıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!