Neftçala rayonu ərazisində ov qaydalarını pozan şəxs saxlanılıb.
Yenisabah.az xəbər verir ki, "Niva" markalı nəqliyyat vasitəsinə keçirilən baxış zamanı avtomobildə qanunsuz əldə edilmiş diri halda çöl göyərçini və şahin quşunun ovlanması üçün nəzərdə tutulmuş, istifadəsi qanunla qadağan olunan cələ aşkar edilərək maddi sübut kimi götürülüb. Çöl göyərçini isə təbiətə buraxılıb.
Maşının sürücüsü Xalid Abdullayev barəsində protokol tərtib olunaraq qanunamüvafiq tədbir görülüb. Toyuqlu pizza
Telegram kanalımız