Qanunsuz ov edən şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Qanunsuz ov edən şəxs saxlanıldı

Maraqlı

13 Fevral 2023 17:53 676


Qanunsuz ov edən şəxs saxlanılıb. 

Bu barədə "Yeni Sabah"a Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev məlumat verib. 

Onun sözlərinə görə, Qızılağac və Şirvan milli parklarının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Zəvvar Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz ov edən şəxs saxlanılıb və ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb: "Araşdırma zamanı brakonyerin Cəlilabad rayon sakini Cavid Nəhmətov olduğu müəyyən edilib və barəsində qanunamüvafiq tədbir görülüb”.  pizza sifarişi

F.Əliyev həmçinin bildirib ki, Qızılağac Milli Parkının “Kiçik Körfəz” adlanan ərazisindən 3000 metr uzunluğunda sintetik tor da yığışdırılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!