Qanunsuz ov edən şəxslər cəzalandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Qanunsuz ov edən şəxslər cəzalandırıldı

Maraqlı

31 Yanvar 2023 10:24 550


Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisində Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı gecə saatlarında qanunsuz ov edən şəxslər saxlanılıb. 

Xidmət rəsmisi Rəşad Allahverdiyev Yenisabah.az-a bildirib ki, araşdırma zamanı brakonyerlərin Biləsuvar rayon sakinləri Mehman və Ceyhun Kazımovlar olduğu müəyyən edilib. 

“Korçay Dövlət Təbiət Yasaqlığında keçirilən nəzarət tədbirləri zamanı isə ova cəhd edən Goranboy rayon sakini Hidayət Əhmədov saxlanılıb. Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.  Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!