Qanunsuz ov edən şəxslər cəzalandırıldılar

saytların hazırlanması

Evə çatdırılma

Qanunsuz ov edən şəxslər cəzalandırıldılar

Hadisə

21 Avqust 2023 19:28 677


Xəzər dənizinin Sumqayıt şəhəri akvatoriyasında, Mingəçevir və Şəmkir su anbarlarında, Kür çayının Neftçala rayonunun ərazisindən keçən hissəsində qanunsuz balıq ovlayan şəxslər saxlanılıblar.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov vurğulayıb ki, araşdırma zamanı qanunsuz balıq ovlayan şəxslərin Sumqayıt şəhər sakini Bəhruz Mirzəyev, Yevlax rayon sakini Rəşid İsmayılov, Qax rayon sakini Rövşən Həmidov, Neftçala rayon sakini Vüsal Cəbrayılov və Şəmkir rayon sakini Vüqar Yaqubov olduğu müəyyən edilib. Onlardan istifadəsi qadağan olunmuş ov alətləri və 190 metr uzunluğunda üç ədəd sintetik tor götürülüb. Faktlarla bağlı qanun pozucuları barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb. pizza hut

Eyni zamanda “Hövzələri sintetik torlardan birlikdə təmizləyək” aksiyası çərçivəsində keçirilən nəzarət tədbirləri zamanı Kür çayının Neftçala rayonu ərazisindən keçən hissəsindən, Mingəçevir və Şəmkir su anbarlarından 650 metr uzunluğunda 10 ədəd sintetik tor yığışdırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!