Qanunsuz ov edənlər cəzalandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Qanunsuz ov edənlər cəzalandırıldı

Kriminal

11 Mart 2021 12:31 850


Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Bakı şəhər sakinləri Mirsəməd Abbasov, Elxan Qubadov, Xaçmaz rayon sakini Elçin Haqverdiyev, Ruslan Qəhrəmanov, Muxtar Şirinov, Asif Mürsəliyev, Şabran rayon sakini Rəvan Məlikov, Qubadlı rayon sakini Ömər Mehralıyev, Sabirabad rayon sakinləri Mircəfər Ağayev, Pərviz Sadıqov, Elman Soltanov, Sərxoş Zeynalov, Yevlax rayon sakini Ruslan Cəfərov və Elşad Mehdiyev qadağan olunmuş vaxtda ov etdiklərinə görə saxlanılıb.

Yenisabah.az-ın məlumatına görə, Xidmətin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, faktlarla bağlı qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülüb.

O qeyd edib ki, Sumqayıt şəhərinin Xəzər dənizi sahillərində, Mingəçevir su anbarında və Baş Mil-Muğan Kollektorunun Neftçala rayonu Yeniqışlaq kəndi ərazisindən keçən hissəsində isə qanunsuz balıq ovlayan Bakı şəhər sakini Əmiraslan Hüseynov, Yevlax rayon sakinləri Xaləddin Əliyev, Mənsur Məmmədov və Neftçala rayon sakini Fuad Həziyev saxlanılıb və barələrində protokol tərtib edilib. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!