Qanunsuz ov edənlər tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Qanunsuz ov edənlər tutuldu

Maraqlı

29 Noyabr 2022 10:19 639


Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz ov edən şəxslər müəyyən olunublar. 

Daxili İşlər Nazirliyindən (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə rayon sakinləri M.Vəliyev, Ə.Məmmədov və S.Hüseynov Yuxarı Aran kəndi ərazisində qanunsuz ov etdikləri müəyyən olunub.

Həmin şəxslərdən 3 ədəd ov tüfəngi, ovladıqları çöl heyvanları və quşları aşkar edilib. Faktla bağlı araşdırma aparılır. pizza

Həmçinin şöbə əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə cari il ərzində 31 qanunsuz ov silahı aşkar edilərək götürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!