Qanunsuz ov edənlərin özlərini “ovladılar“ 

saytların hazırlanması

Evə çatdırılma

Qanunsuz ov edənlərin özlərini “ovladılar“ 

Hadisə

04 Yanvar 2021 14:46 952


Goranboy rayonunda qanunsuz ov edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Goranboy rayon Düzqışlaq kəndi ərazisində qanunsuz ov edən kənd sakini Müzadil Hüseynov rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Goranboy rayon Polis Şöbəsinə (RPŞ) gətirilib.

RPŞ-də ondan müvafiq sənədləri olmayan, 16 kalibrli ov tüfəngi və dörd ədəd patron götürülüb. Dominos pizza

Davam etdirilən tədbirlər nəticəsində rayonun Dəliməmmədli şəhər sakini Yusif Yusifovun da müvafiq sənədləri olmadan “İJ” markalı, 12 kalibrli ov tüfəngi ilə rayon ərazisində qeyri-qanuni ovçuluqla məşğul olması aşkar edilib.

Faktlarla bağlı araşdırmalar davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!