Qanunsuz qum daşıyanlar 4 min manata yaxın cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Qanunsuz qum daşıyanlar 4 min manata yaxın cərimələndi

Kriminal

19 İyun 2020 10:08 817


Goradil qəsəbəsinin Xəzər sahili ərazisində qum daşınması ilə bağlı ETSN-yə daxil olan şikayət yerində araşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, araşdırma zamanı Goradil bağlar massivinin Xəzər dənizi sahilində gecə saatlarında KAMAZ markalı 01-CC-277 dövlət nömrə nişanlı yük maşınına qum yükləndiyi aşkar edilib.

Faktla bağlı qanun pozucuları Abşeron rayon sakinləri Səbuhi Qocayev və Əhməd Məmmədov barəsində protokol tərtib edilib və onlar 3764 manat məbləğində cərimə olunub. Marqarita pizza

Ərazinin nəzarətdə saxlanılması və qanunsuz qum daşınması hallarına yol verilməməsi üçün Binəqədi Rayon İcra Hakimiyyətinə və Polis İdarəsinə məktub göndərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!