Qanunsuz torpaq satan bələdiyyə sədrinin məhkəməsi oldu

saytların hazırlanması

Evə çatdırılma

Qanunsuz torpaq satan bələdiyyə sədrinin məhkəməsi oldu

Sosial

27 Noyabr 2019 11:08 914


Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Quba Şəhər Bələdiyyəsinin sədri vəzifəsini icra etmiş Dəstəbəy Tərlanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. 

"Yeni Sabah" Oxu.Az-a istinadən xəbər verir ki, Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Məhkəmənin baxış iclası dekabrın 2-nə təyin edilib pizza sifarişi

Rəsmi məlumata əsasən, Quba Şəhər Bələdiyəsinin sədri vəzifəsini icra etmiş D.Tərlanovun qanunsuz əməlləri barədə rayon sakininin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində D.Tərlanovun xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar kənara çıxmaqla Quba bələdiyyəsinə məxsus 2.5 sot torpaq sahəsini bələdiyyənin perspektiv inkişaf fonduna aid torpaq sahəsi kimi rəsmiləşdirməklə fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmasını təmin etmək üçün rayon sakininin 1750 manat pulunu rüşvət kimi tələb edərək almasına, bundan başqa, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun tələblərini qəsdən pozaraq tanışlıq münasibətləri olan ayrı-ayrı şəxslərə hərrac və müsabiqə keçirilmədən qanunsuz olaraq bələdiyyəyə məxsus 3090 manat dəyərində 0,06 ha torpaq sahəsini sataraq bələdiyyənin mülkiyyətindən çıxarmasına şübhələr üçün əsaslar müəyyən edildiyindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1 (vəzifə səlahiyyətlərini aşma) və 311.1-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb. 

D.Tərlanov təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!