Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar edildi

saytların hazırlanması

Evə çatdırılma

Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar edildi

Sosial

10 Fevral 2020 07:57 1063


Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Lerik rayonunun Haran kəndi yaxınlığında meşə materialının daşındığı barədə məlumat daxil olub.

"Yeni Sabah"a verilən məlumata görə, nazirliyin yerli qurumlarının əməkdaşları tərəfindən 8 fevral 2020-ci il tarixində səhər saat 6 radələrində “Ural” markalı  43-BB-223 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində qanunsuz yolla əldə edilmiş 3,5 m3 həcmində fısdıq cinsli işlik meşə materialı aşkar edilib və  avtomobilin sahibi Aslan Cəbiyev barəsində akt tərtib olunub.

Hazırda faktla bağlı araşdırma aparılır. Toyuqlu pizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!