Qapıçıya tənqid, komandaya qələbə: Rəşad Sadıqovdan gözlənilməz strategiya

saytların hazırlanması

Evə çatdırılma

Qapıçıya tənqid, komandaya qələbə: Rəşad Sadıqovdan gözlənilməz strategiya

İdman

16 Avqust 2024 00:30 1221


"Penaltilər seriyasından əvvəl qapıçımız Tiaqo Silvanı tənqid etdim".

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Bakıda Xorvatiyanın "Osiyek" komandasına qarşı keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib. "Zirə" penaltilər seriyasında qalib gələrək (əsas və əlavə vaxt: 2:2) növbəti mərhələyə vəsiqə qazanıb.

"Futbolçular çətin vəziyyətdən çıxa bildilər. Onlarla fəxr edirəm. Azarkeşləri və futbol ictimaiyyətini təbrik edirəm. Penaltilər seriyasından əvvəl qapıçını tənqid etdim ki, o, daha aqressiv olsun. "Şerif"lə oyunda penaltilər seriyasından narazı qaldığımı demişdim. Dörd penalti qurtarmaq asan deyil, amma Tiaqo bu işin öhdəsindən gəldi". Dördpendirli pizza

Sadıqov pley-off mərhələsində qarşılaşacaqları Kiprin "Omoniya" klubu haqqında da danışıb: "Hər bir baş məşqçi avrokuboklarda qrupa düşmək istəyir. Rəqib haqqında çox məlumatım yoxdur, lakin III təsnifat mərhələsində Macarıstanın "Fehervar" komandasına qarşı oyunlarını izləmişəm. Qrup mərhələsinə yüksəlmək üçün əlimizdən gələni edəcəyik".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!