Qapılar açıq, giriş pulsuz –   Amma təkcə sabah

saytların hazırlanması

Evə çatdırılma

Qapılar açıq, giriş pulsuz – Amma təkcə sabah

Sosial

17 May 2025 12:19 593


Hər il mayın 18-i dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. Bu əlamətdar tarix 1977-ci ildə Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə təsis edilib. Günün əsas məqsədi muzeylərin cəmiyyətin həyatında oynadığı mühüm rolu vurğulamaq, onların təhsil, tədqiqat və mədəni irsin qorunması sahəsindəki fəaliyyətinə diqqət çəkməkdir.

Yenisabah.az xəbər verir ki, ənənəyə uyğun olaraq, Beynəlxalq Muzeylər Günü münasibətilə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə “Açıq qapı” günü elan olunub. Bu təşəbbüs vətəndaşların asudə vaxtının səmərəli təşkili, muzeylərə marağın artırılması və Azərbaycanın zəngin mədəni irsi ilə daha yaxından tanışlıq məqsədi daşıyır.

Bu gün münasibətilə bütün vətəndaşlar ölkənin müxtəlif bölgələrində yerləşən muzeyləri pulsuz ziyarət edə, milli irsimizə dair qiymətli məlumatlar əldə edə bilərlər. pizza

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!