Qar əsarəti: 129 kənd yolu nəqliyyata bağlandı

saytların hazırlanması

Evə çatdırılma

Qar əsarəti: 129 kənd yolu nəqliyyata bağlandı

Dünya

12 Fevral 2025 12:07 263


Türkiyədə qış şəraiti həyatın müxtəlif sahələrinə ciddi təsir göstərməyə davam edir. Güclü qar və şaxta səbəbindən ölkənin bir çox bölgəsində nəqliyyat çətinləşib, bəzi ərazilərdə isə yollar tamamilə bağlanıb. 

Yenisabah.az-ın əldə etdiyi məlumata görə, xüsusilə Elazığ vilayətində yağan intensiv qar sakinlər üçün ciddi çətinliklər yaradıb. Yüksək dağlıq ərazilərdə yağıntıların çoxalması nəticəsində Alacakayada 10, Arıcakda 10, Madendə 38, Paluda 31 və Sivricedə 40 olmaqla ümumilikdə 129 kənd yolu nəqliyyata bağlanıb.

Elazığ Valiliyi və Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) qar səbəbindən yolda qalan vətəndaşlara kömək məqsədilə xüsusi texnika və xilasetmə qruplarını bölgəyə cəlb edib. Hazırda yolların açılması üçün aidiyyəti qurumlar gücləndirilmiş iş rejimində çalışır.  pizza sifarişi

Bundan əlavə, hava şəraitinin pisləşməsi səbəbindən bölgədə təhsil müəssisələrində müvəqqəti fasilələr elan edilib. Meteoroloqların proqnozlarına görə, qarşıdakı günlərdə də qar yağışlarının davam edəcəyi gözlənilir. 

Qeyd edək ki, Türkiyənin digər bölgələrində də güclü qar səbəbindən nəqliyyat və gündəlik həyat ciddi şəkildə təsirlənib. Rəsmi qurumlar vətəndaşları ehtiyatlı olmağa, mümkün olmadıqca yollara çıxmamağa çağırır.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!