Qar şimaldan Bakı istiqamətində nəqliyyatın hərəkətini çətinləşdirdi

saytların hazırlanması

Evə çatdırılma

Qar şimaldan Bakı istiqamətində nəqliyyatın hərəkətini çətinləşdirdi

Sosial

02 Yanvar 2020 16:15 1226


Qarlı hava şəraiti ölkənin şimal rayonlarından paytaxt Bakı istiqamətində nəqliyyatın hərəkətini çətinləşdirib.

"Yeni Sabah" xəbər verir ki, Trend-in məlumatına görə, Qusar və Quba rayonlarından üzü Bakı istiqamətində avtomobillər yollarda qalıb. Hazırda paytaxta doğru gələn yolda sıxlıq müşahidə olunur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə bildirilib ki, ağır texnikalar yollara qum səpilməsi ilə məşğuldur. Dominos pizza

Qeyd edək ki, Bakı şəhər Dövlət Yol Polisi sürücülərə yolların buz bağlayacağı ilə bağlı xəbərdarlıq etmişdi. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya departamentindən ölkədə yanvarın 2- si axşamdan yanvarın 5-i gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozu verilmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!