Qar yağacaq, yolların buz bağlama ehtimalı var -   Xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

Qar yağacaq, yolların buz bağlama ehtimalı var - Xəbərdarlıq

Sosial

07 Dekabr 2019 10:12 1639


Azərbaycanda dekabrın 8-nə olan hava proqnozu açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Yeni Sabah"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. 

Səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz  9-12° isti, Bakıda gecə 5-7°, gündüz  9-11°  isti olacaq.  Pepperoni pizza

Atmosfer  təzyiqi normadan yüksək 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.    

Tibbi-meteoroloji proqnoz

Dekabrın 8-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü  meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.  Arabir duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-5° isti, gündüz  7-12° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-4° isti olacaq.

Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında: Dekabrın 08-də axşam, 09-da arabir yağış  yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyi 09-da arabir güclənəcək.

Azərbaycanın rayonlarında: Dekabrın 08-də axşam, 09-da əsasən şimal və şərq rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Qərb küləyi 09-da ayrı-ayrı yerlərdə arabir güclənəcək.  

Dağlıq rayonlarda  gecə saatlarında yolların buz bağlama ehtimalı var.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!