Qar yağır, külək əsir - Sarı XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Qar yağır, külək əsir - Sarı XƏBƏRDARLIQ

Sosial

26 Fevral 2025 14:49 171


Milli Hidrometeorologiya Xidmətinin fevralın 26-sı saat 14:00-a olan məlumatına əsasən, hazırda ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Yenisabah.az xəbər verir ki, Qax, Zaqatala, Quba, Qusar, Xaltan, Şabran, Xaçmazda eyni zamanda Abşeron yarımadasının bəzi yerlərində arabir qar yağır.

Sarı xəbərdarlığa uyğun olaraq, qərb küləyinin sürəti Laçında 21 m/s, Şahdağda 20 m/s, Daşkəsəndə 18 m/s, Kəlbəcərdə 17 m/s, Bakıda və Abşeron yarımadasında 16 m/s, Zaqatala, Şəki və Yardımlıda 15 m/s-dək güclənib. pizza

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2, Aran rayonlarında 9, Naxçıvan MR-da 3 dərəcəyədək isti, dağlıq rayonlarda 8, yüksək dağlıq ərazilərdə 15 dərəcəyədək şaxta qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!