Qara dənizdə Türkiyə bayrağı altında üzən gəmi vuruldu

saytların hazırlanması

Evə çatdırılma

Qara dənizdə Türkiyə bayrağı altında üzən gəmi vuruldu

Dünya

17 Noyabr 2025 18:16 568


Qara dənizdə Türkiyə bayrağı altında üzən gəmi vurulub.

Oxu.Az bu barədə "Sabah" nəşrinə istinadən xəbər verir.

Bildirilir ki, Ukraynanın Odessa bölgəsindəki İzmail limanında lövbər salan və təxminən 4 000 ton mayeləşdirilmiş qaz (LPG) daşıyan Türkiyə gəmisi ORINDA vurulub. Dominos pizza

Hücumdan sonra alovlanan gəminin partlayış təhlükəsi səbəbindən Rumıniyanın Plauru kəndinin sakinləri təxliyə ediliblər.

Türkiyənin Dənizçilik Baş İdarəsi məsələ ilə bağlı açıqlama verib.

"Türkiyə bayrağı altında üzən, 16 türk personalının olduğu ORINDA adlı maye qaz daşıyan (LNG) gəmisi Ukraynanın İzmail limanında təxliyə zamanı hədəf alınıb və yanğın başlayıb. Heyət təhlükəsiz şəkildə gəmidən təxliyə olub. Xəsarət alan olmayıb. Yanğınsöndürənlər gəmidəki yanğına müdaxilə edirlər", - deyə açıqlamada bildirilib.

"Türkiye gazetesi" gəminin Rusiya tərəfindən vurulduğunu bildirib:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!