"Neftçi"dən ayrılan Qara Qarayevin yeni komandası hələ bəlli deyil.
Yenisabah.az sportal.az-a istinadla xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqası klubları ilə yanaşı, həm də xarici klublardan birinə keçmək variantını nəzərdən keçirir.
Qarayevin karyerasını Türkiyədə davam etdirmək şansı var. 2 klub onu heyətinə qatmaq istəyir. pizza hut
Yaxın vaxtlarda təcrübəli futbolçu gələcək karyerası ilə bağlı qərarını verəcək.
Yarımmüdafiəçi 2008-2023-cü illərdə "Qarabağ"da çıxış edib. Ötən mövsümü isə "Neftçi"də keçirib.
Telegram kanalımız