“Qara Qarayev“də iki avtomobil toqquşdu, xəsarət alan var - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

“Qara Qarayev“də iki avtomobil toqquşdu, xəsarət alan var - Fotolar

Hadisə

16 Dekabr 2019 22:55 1293


Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

"Yeni Sabah" xəbər verir ki, avtoqəza metronun "Qara Qarayev" stansiyasının yaxınlığında qeydə alınıb.

Hadisə zamanı "Tofaş" markalı minik avtomobili "Mercedes" markalı nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə "Tofaş" markalı avtomobildə olan sərnişin - 1994-cü il təvəllüdlü Mehdiyev Asim Rasim oğlu xəsarət alıb. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Sezar pizza

Əraziyə Nizami Rayon Polis İdarəsinin və DYPŞ-nin əməkdaşları cəlb edilib, avtotexniki ekspertiza təyin olunub.

Faktla bağlı araşdırma aparılır. /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!