Qara Qarayevin yeni klubu məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

Qara Qarayevin yeni klubu məlum oldu

İdman

30 Oktyabr 2024 15:30 851


Azərbaycan millisinin sabiq üzvü Qara Qarayevin yeni klubu bəlli olub.

Yenisabah.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi "Araz-Naxçıvan"a keçib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Pepperoni pizza

Qara ilə cari mövsümün sonuna qədər müqavilə imzalanıb.

Azərbaycan millisində 76 oyun keçirən Qara Qarayev "Qarabağ"ın yetirməsidir. 15 il (2008-2023) Ağdam klubunda çıxış edən futbolçu 2023-cü ildə "Neftçi"yə keçsə də, orada heyətə düşə bilməyib və bir müddət əvvəl komandadan ayrılıb.

Qara karyerası ərzində 9 dəfə Azərbaycan çempionu, 5 dəfə isə ölkə kubokunun qalibi olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!