“Qara qutu” oxunmuş məlumatlarla yaxın günlərdə Astanaya gətiriləcək

saytların hazırlanması

Evə çatdırılma

“Qara qutu” oxunmuş məlumatlarla yaxın günlərdə Astanaya gətiriləcək

Dünya

07 Yanvar 2025 14:00 310


AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsinin “qara qutu"larının dekodlaşması ilə məşğul olan komissiyanın üzvləri oxunmuş məlumatlarla yaxın günlərdə Astanaya gələcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyi məlumat yayıb.

Ekspertlər dərhal “qara qutu"nun məlumatlarının öyrənilməsinə başlayacaq. Pepperoni pizza

Dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı reysini həyata keçirən Embraer sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!