“Qarabağ“ 750-ci qolunu vurdu

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“ 750-ci qolunu vurdu

İdman

17 Dekabr 2021 11:23 695


“Qarabağ” Azərbaycan çempionatlarında 750-ci ev qoluna imza atıb. 

Yenisabah.az PFL-ya istinadən xəbər verir ki, bu, Premyer Liqanın XIV turuna təsadüf edib.

“Zirə” ilə görüşdə (2:0) vurulan ikinci qol yubiley xarakteri daşıyıb. pizza mizza

Bu topa Musa Qurbanlı imza atıb. “Qarabağ” 750-ci qolu 413-cü ev oyununda vurub.

Qeyd edək ki, “Qarabağ”ın evdəki ilk qolunun müəllifi Mehman Alışanovdur. 1992-ci mayın 3-də Sabirabad “İnşaatçı”sının (1:2) qapısına qol vuran futbolçu həm də ölkə çempionatlarının tarixinin birinci topuna imza atıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!